İtaliya A Seriyasının 26-cı turunda “Frozinone”yə qarşı oyun (3:2) “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, bu oyunda italyan mütəxəssis A Seriyasının tarixində 1929/1930 mövsümündən bəri 1000 xal həddinə çatmış və bu həddi ötmüş ilk çalışdırıcı olub.
Alleqrinin hesabında A Seriyasında 496 oyun var. Bu oyunların nəticəsi isə belə mənzərə yaradır: 301 qələbə, 99 heç-heçə, 96 məğlubiyyət. Alleqri ümumilikdə 1002 xal toplayıb, bu isə orta hesabla hər oyuna 2,02 xal deməkdir. Topların fərqi isə 870:441 nisbətindədir.
56 yaşlı mütəxəssis A Seriyasında karyerası ərzində “Kalyari”, “Milan” və “Yuventus”u çalışdırıb.
Massimiliano Alleqri 6 dəfə İtaliya A Seriyasının qalibi olub.
Hazırda Alleqrinin “qoca sinyorası” 26 oyundan 57 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. A Seriyasına 24 oyundan 63 xalla “İnter” başçılıq edir.


