Matias Sule: “Lionel Messinin sıxdığı əlimi yumayacağam”

“Yuventus”un və Argentina yığmasının sağ vingeri Matias Sule “İnter Mayami”nin ulduz hücumçusu Lionel Messi ilə görüşündən danışıb.

Arena.az AS dərgisinə istinadən, Sulenin müvafiq xatirəsini təqdim edir:

“Mən milli komandaya daha sonra gəldim və otaqları gəzdim. O, yalnız salam vermək üçün çıxdı. Bundan sonra öz-özümə dedim ki, daha əllərimi yumayacağam (gülür). Biz çox ünsiyyət qurmadıq, amma onun çox yaxşı insan olduğu dərhal aydın oldu”, deyə gənc futbolçu xatırlayıb.

Matias Sule “Veles Sarsfild” klubunun yetirməsidir. 2020-ci ilin sentyabrında “Yuventus”un düşərgəsinə yol tapmış Sule 2023-cü ilin avqustunda püxtələşməsi məqsədilə cari mövsümün sonuna qədər “byankoneri” tərəfindən “Frozinone”yə icarəyə verilib.

Sule cari mövsümdə “Frozinone”nin heyətində bütün yarışlarda 31 oyuna çıxıb. O, bu oyunlarda 1 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

Matias Sule Argentina yığmasının əsas komandasına dəvət alsa da, debüt imkanı hələ ədə etməyib.

Sulenin qənimətlər muzeyi də hələ bomboşdur.

“Transfermarkt” internet-portalı 20 yaşlı argentinalı sağ vingerin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: