Qətərdə keçirilmiş 2022-ci il futbol üzrə dünya çempionatı zamanı Argentina yığmasının düşərgəsində yaşanmış münaqişə ictimailəşib.
Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.
Belə ki, Argentina yığmasının futbolçuları Alexandro Qomes və Lionel Messi arasında yaşanmış münaqişəyə səbəb, Qomesin Messinin həyat yoldaşı Antonella Rokkuzzoya qarşı hörmətsiz münasibəti olub.
Mənbənin məlumatına görə, oyunların birindən sonra bütün Argentina yığması paltardəyişmə otağında mahnı oxuyaraq qələbəni qeyd edib. Bu zaman Alexandro “Antonellanı ötürün” deyə qışqırıb.
Bu məqam Argentina yığmasının kapitanı Lionel Messini çox qəzəbləndirib. Hadisənin uzun müddət sonra ictimailəşməsinə rəğmən, təfərrüatı haqda məlumat verilmir.


