İtaliyanın “Milan” klubu hücumçusu Zlatan İbrahimoviçlə müqavilənin müddətini uzadıb.
Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə 39 yaşlı hücumçu ilə müddəti 2022-ilin yayına qədər olan yeni müqavilə imzalandığı diqqətə çatdırılıb. İsveç yığmasının da üzvü olan hücumçu yeni müqavilə ilə ilinə 7 milyon avro qazanacaq.
Qeyd edək ki, Zlatan İbrahimoviç “Milan”a 2020-ci ilin yanvarında ABŞ-ın “Los Anceles Qalaksi” klubundan keçib. O, 2010-2012-ci illər aralığında da “qara-qırmızı”ların uğurları üçün çalışıb. İbrahimoviç cari mövsümdə A Seriyasında meydana çıxdığı 17 oyunda 15 qol vurub.


