Millətlər Liqası: Almaniya Portuqaliyaya qarşı

Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2024/2025-ci illər mövsümünün yarımfinal mərhələsinə start veriləcək.

Arena.az xəbər verir ki, Almaniyada təşkil olunmuş raundun ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

Almaniya yığması Portuqaliya millisi ilə üz-üzə gələcək. Görüş Münhendəki “Alyans Arena”da baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Qeyd edək ki, digər yarımfinal matçı sabah İspaniya və Fransa komandaları arasında baş tutacaq. Bu görüş “Ştutqart Arena”da keçiriləcək.

UEFA Millətlər Liqası
4 iyun

23:00. Almaniya – Portuqaliya
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Münhen, “Alyans Arena”.

Xəbəri sosial şəbəkələrdə paylaş: