Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi”nin qardaş ölkədə keçirəcəyi yoxlama görüşlərində rəqibləri müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, “ağ-qaralar” ilk olaraq iyulun 13-də Türkiyənin Super Liqa təmsilçisi “Alanyaspor”la üz-üzə gələcəklər.
Növbəti yoxlama görüşü iyulun 17-də keçiriləcək. Rəqib Super Liqanın digər kollektivi “Sivasspor” olacaq.
Xatırladaq ki, “Neftçi” iyulun 8-də qardaş ölkəyə yollanıb. Paytaxt təmsilçisinin üzvləri ayın 9-dan etibarən baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında gündə iki dəfə məşqə çıxır. Səhər hazırlığında fiziki, axşam məşqində isə əsasən toplu çalışmalar yerinə yetirilir.


