“Neftçi” – “Qarabağ” 0:4 – Video

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Neftçi” – “Qarabağ” matçı meydan sahiblərinin 0:4 hesablı məğlubiyyəti ilə başa çatdı.

Arena.az Bakıda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Kuboku
Yarımfinalın ilk oyunu
2 aprel

“Neftçi” – “Qarabağ” 0:4
Qollar: Toral Bayramov, 14-pen; 29. Marko Yankoviç, 38. Nəriman Axundzadə, 86.
Sarı vərəqələr: Yuri Matias, 13 (hakimin qərarına etiraz). Dieqo Valdes, 31 (qeyri-idman hərəkəti). Emin Mahmudov, 64 (qeyri-idman hərəkəti). Eddi İsrafilov, 65 (qeyri-idman hərəkəti) – Julio Romao, 15 (qeyri-idman hərəkəti). Yassin Benzya, 65 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
Saat 20:00. “Neftçi Arena”. 5750 tamaşaçı.

Baş hakim: Rəvan Həmzəzadə.
Baş hakimin köməkçiləri: Akif Əmirəli, Cəmil Quliyev.
Dördüncü hakim: Rəşad Əhmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Emin Cəfərov.

Neftçi: 93. Rza Cəfərov, 10. Filip Ozobiç (8. Emin Mahmudov, 60), 14. Eddi İsrafilov (k) (2. Qara Qarayev, 87), 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 6. Dieqo Valdes, 99. Ervin Koffi, 44. Yuri Matias, 11. Kilan Lebon (22. Reziuan Mirzov, 87), 88. Brayan Moreno (17. Rəhman Hacıyev, 60), 77. Yeqor Boqomolski (20. Alfa Konte, 74).
Ehtiyat oyunçular:1. İvan Brkiç, 95. Rəvan Kazımov, 7. Azər Əliyev, 91. Ağadadaş Salyanski, 16. Lukas Melano, 9. Andre Şinyaşiki.
Baş məşqçi: Miodraq Bojoviç.

Qarabağ: 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov (90. Nəriman Axundzadə, 85), 29. Marko Veşoviç, 10. Abdullah Zubir (17. Hamidu Keyta, 85), 7. Yassin Benzya (15. Leandro Andrade, 76), 8. Marko Yankoviç (66. Patrik Andrade, 76), 18. Olavio Juninyo, 6. Julio Romao (24. Aleksey İsayev, 87).
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 81. Kevin Medina, 11. Adama Diakabi, 2. Mateus Silva, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.