“Neftçi” səfərdə 50-ci darmadağına sevindi

Premyer Liqa təmsilçisi “Neftçi” futbol üzrə Azərbaycan çempionatlarında səfərdə 50-ci böyükhesablı qələbəsini qazanıb.

Arena.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 35-ci turuna təsadüf edib.

“Ağ-qaralar” “Səbail”lə Bakı derbisində üç cavabsız qolla qalib gəliblər.

“Neftçi” ilk belə qələbəsini 1992-ci ildə qazanıb. Paytaxt təmsilçisi mayın 31-də “Çıraqqala” ilə səfər qarşılaşmasında 4:0 hesabına sevinib.

Qeyd edək ki, ölkə çempionatları tarixində yalnız “Qarabağ” rəqib meydanında daha çox böyük hesabla qalib gəlib. Ağdamlıların 52 belə qələbəsi var.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: