“Neftçi” – “Sabah” 0:1 – Video

Azərbaycan Premyer Liqasının 36-cı turunun “Neftçi” – “Sabah” matçı meydan sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatdı.

Arena.az Bakıda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
36-cı tur
25 may

“Neftçi” – “Sabah” 0:1
Qol: Namiq Ələsgərov, 87
Sarı vərəqələr: Eddi İsrafilov, 79 (qeyri-idman hərəkəti). Yuri Matias, 82 (qeyri-idman hərəkəti) – Ayaz Quliyev, 2 (qeyri-idman hərəkəti). Xəyal Əliyev, 67 (qeyri-idman hərəkəti). Con İrasabal, 70 (qeyri-idman hərəkəti). Yusif İmanov, 90+3 (oyunun bərpasının ləngidilməsi).
Qırmızı vərəqələr: Dieqo Valdes, 90+1 (təcavüzkar davranış) – Con İrasabal, 90+1 (təcavüzkar davranış). Kahim Parris, 90+1 (təcavüzkar davranış). Abdulla Xaybulayev, 90+1 (təcavüzkar davranış).
Rəsmi şəxsə göstərilən qırmızı vərəqə: Miodraq Bojoviç, 90+2 (hakimləri təhqir etdiyi üçün).
Artırılan vaxt: Birinci hissədə 3 dəqiqə, ikinci hissədə 9 dəqiqə.
Saat 19:00. “Neftçi Arena”, 6900 tamaşaçı.

Baş hakim: Əliyar Ağayev.
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli.
Dördüncü hakim: Rəvan Həmzəzadə.
VAR: Kley Ruperti.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.

Neftçi: 1. İvan Brkiç, 10. Filip Ozobiç, 14. Eddi İsrafilov (k) (8. Emin Mahmudov, 90+2), 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 23. Ataa Caber (6. Dieqo Valdes, 72), 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki (17. Rəhman Hacıyev, 62), 11. Kilan Lebon, 77. Yeqor Boqomolski (91. Ağadadaş Salyanskiy, 62).
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 95. Rəvan Kazımov, 2. Qara Qarayev, 26. Ömər Buludov, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 20. Alfa Konte.
Baş məşqçi: Miodraq Bojoviç.

Sabah: 1. Yusif İmanov, 10. Namiq Ələsgərov, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov (28. Kahim Parris, 66), 8. Ayaz Quliyev (9. Anatoli Nuriyev, 82), 2. Amin Seydiyev, 24. Maruan Hadudi, 7. Boyan Letiç (44. Sofian Çakla, 85), 70. Jesse Sekidika, 19. Emmanuel Apeh (88. Xəyal Əliyev, 66), 3. Con İrasabal.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybulayev, 40. Rauf Rüstəmli, 53. Fəxri Məmmədli, 15. Kristian da Silva, 90. Oluvaseun Timilehin.
Baş məşqçi: Krunoslav Renduliç.