“Neftçi” “Zirə” ilə matça 4 itki ilə çıxacaq

“Neftçi” futbol üzrə Azərbaycan Premyer Liqasının 30-cu turu çərçvəsində qarşılaşacağı “Zirə” ilə matçın hazırlığını yekunlaşdırıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, komandanın 4 futbolçusu məşqdən kənarda qalıb. Emin Mahmudov, Emil Səfərov, Robert Bauer və Ryonosuke Ohori zədə səbəbindən zirəlilərlə görüşü buraxacaqlar.

Sözügedən qarşılaşma sabah – aprelin 13-də “Neftçi Arena”da keçiriləcək. Oyuna saat 19:15-də start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: