Azərbaycan çempionu olan “Neftçi”nin qadın futbolçulardan ibarət komandasının UEFA Çempionlar Liqasındakı rəqibi müəyyənləşib.
Arena.az xəbər verir ki, bu gün qadınların Çempionlar Liqasında ilk mərhələnin püşkatma mərasimi təşkil olunub.
Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanmış “Neftçi” bu mərhələdə Avstriyanın “Sankt-Pölten” klubu ilə qarşılaşacaq.
Azərbaycan çempionu 2-ci qrupa düşüb. Bu qrupda “Vlajniya” (Albaniya) və “Lançxuti” (Gürcüstan) də yer alıblar. Reqlamentə əsasən cütlərin qalibləri və məğlubları bir-biri ilə qarşılşacaq.
Qeyd edək ki, qadınların Çempionlar Liqasında ilk mərhələnin oyunları 4 və 7 sentyabr tarixlərində keçiriləcək.
UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi
2-ci qrup, yarımfinal
“Vlajniya” (Albaniya) – “Lançxuti” (Gürcüstan)
“Sankt Polten” (Avstriya) – “Neftçi” (Azərbaycan)


