Ole Qunnar Sulşer İsveç yığmasını çalışdırmaqdan imtina etdi

“Mançester Yunayted”in sabiq baş məşqçisi, norveçli mütəxəssis Ole Qunnar Sulşer İsveç yığmasını çalışdırmaqdan imtina edib.

Arena.az bu barədə “Expressen” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Skandinaviya yığmasının nümayəndələri müvafiq təkliflə Sulşerə müraciət etsələr də, norveçli mütəxəssis İsveç yığması ilə işləmək istəməyib.

50 yaşlı Ole Qunnar Sulşer hazırda işsizdir. Norveçli mütəxəssis karyerası ərzində “Mançester Yunayted”dən başqa “Molde” və “Kardiff Siti” komandalarını çalışdırıb.

Xatırladaq ki, İsveç yığması 2024-cü il Avropa çempionatına vəsiqə qazana bilməyib. Seçmə mərhələdə Belçika, Avstriya, Azərbaycan və Estoniya yığmaları ilə mübarizə aparmış İsveç yığması qrup mərhələsini adlaya bilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: