Azərbaycan Premyer Liqasını tərk etmiş “Səbail”in yarımmüdafiəçisi Oruc Məmmədov bundan sonra “Şamaxı”nın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə “Şamaxı”nın mətbuat xidməti məlumat yayıb.
20 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 2 illik müqavilə imzalayıb.
Xatırladaq ki, Oruc Məmmədov başa çatmış mövsümdə “Səbail”in heyətində 4 oyunda meydana çıxıb. O, bu görüşlərdə 1 qol və 1 ötürmə ilə fərqlənib.
“Şamaxı” daha öncə “Qəbələ”dən Emil Süleymanovu da icarəyə götürdüyünü açıqlamışdı. Əyalət klubu Alfons Msanqa və Abdulla Seydəhmədovla da yeni müqavilə bağlayıb. Brahim Konate, Leroy Mikels, Vasili Bakiç, Vasili Radenoviç, Maykl Tuik və Fəxri Məmmədli isə komandanı tərk ediblər.


