Papu Qomes “Montsa”da – Rəsmi

Futbol üzrə Argentina yığmasının və İspaniyanın “Sevilya” klubunun saboq sol cinah vingeri Papu Qomes “Montsa”ya keçib.

Arena.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.

35 yaşlı futbolçu A Seriyası təmsilçisinə azad agent kimi keçib. Tərəflər arasındakı müqavilə bu mövsümün sonuna – 2024-cü ilin 30 iyununa qədər nəzərdə tutulub.

Papu Qomes 2021-ci ilin yanvar ayından formasını geyindiyi “Sevilya”dan sentyabrın 1-də azad agent kimi ayrılmışdı. O, La Liqa təmsilçisində 90 oyuna çıxıb, 10 qol və 6 məhsuldar ötürmə müəllifi olub.

Qomes daha öncə uzun illər İtaliyada “Atalanta”nın, eləcə də “Kataniya”nın uğurları üçün çalışıb. O, “Arsenal de Sarandi”, “San Lorenso”, “Metallist” (Xarkov) kimi klubların da formasını geyinib. Hücumçu Argentina milli komandasında da 17 oyun keçirib, 3 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: