Paulinyo “Səbail”də – Rəsmi

Son olaraq “Raja Beni Mellal”da çıxış etmiş yarımmüdafiəçi Paulo Rikardo (Paulinyo) bundan sonra “Səbail”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Braziliyalı futbolçu yeni klubu ilə 1 illik müqaviləyə imza atıb. 25 yaşlı yarımmüdafiəçi “dənizçilər”in heyətində 21 nömrəli forma altında çıxış edəcək.

Tam adı Paulo Rikardo Ferreyra de Souza olan Paulinyo Braziliyanın “Şapekoense” klubunun yetirməsidir. O, “Konkordiya”, “Espotivo”, “Rio Branko-RR”, “İndependyente-SP”, “Paulista-SP” kimi klublarda da çıxış edi. Yarımmüdafiəçi 2023-cü ilin yayından Mərakeşin “Beni Mellal” klubunda çıxış edirdi.

Bu mövsüm Birinci Liqada mübarizə aparan “Səbail” Paulinyodan öncə Afonso Almeyda, Məhəmməd Sako, Mustafa Yakubu, Əli Babayi kimi legionerləri də heyətinə qatmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: