Portuqaliya millisi DÇ-də bunu 60 il sonra bacardı

Portuqaliya millisi futbol üzrə dünya çempionatlarında 60 ildən sonra hesabda geridə olduğu oyunun yekununda qalib gəlməyi bacarıb.

Arena.az xəbər verir ki, DÇ-2026-nın 1/16 final mərhələsində Xorvatiya ilə qarşılaşmış Roberto Martinesin komandası ilk hissədən sonra deyil, oyunun 53-cü dəqiqəsində hesabda geri düşüb.

Xorvatiyanın təcrübəli yarımmüdafiəçisi İvan Perişiç komandasını önə keçirib.

Lakin portuqaliyalılar qısa müddətdə oyunun gedişini dəyişiblər. Kristiano Ronaldo 68-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib. Əlavə olunmuş vaxtın 4-cü dəqiqəsində isə Qonsalo Ramos qələbə qolunu vuraraq Portuqaliyanı 1/8 finala daşıyıb.

Bu, Portuqaliya millisinin dünya çempionatlarında hesabda geridə olduğu görüşdə 1966-cı ildən bəri qazandığı ilk qələbə kimi tarixə düşüb. Komanda sonuncu dəfə həmin mundialın 1/4 finalında Şimali Koreya yığması üzərində 5:3 hesablı əzmkar qələbə qazanmışdı.

Beləliklə, 60 illik uğursuz seriyaya son qoyan Portuqaliya millisi DÇ-2026-nın 1/8 finalına yüksəlib. Roberto Martinesin yetirmələri növbəti mərhələdə İspaniya yığması ilə qarşılaşacaq. Oyun iyulun 6-da keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: