Portuqaliya prezidenti Marselu Rebelu de Sousa ulduz futbolçu Kristiano Ronaldonu xalq kimliyinin bir parçası kimi qeyd edib.
Arena.az bu barədə “Dinheiro Vivo” dərgisinə istinadən məlumat verir.
Marselu Rebelu de Sousa Torontoda portuqal mühacirlərlə görüşb və nitq söyləyərək, onilliklər ərzində Kanadada portuqal kimliyini qoruyub saxladıqları üçün onları “Portuqaliyanın qüruru” adlandırıb:
“Siz bizim kim olduğumuzu göstərdiniz: əlbəttə ki, biz – fadu (portuqal musiqi janrı), biz – treska, biz – kaldu verde (portuqal şorbası), biz – portuqal kuzidusu (ənənəvi raqu), biz – vira, korridinyu və fandanqoyuq (ənənəvi rəqslər*).
Biz – bütün bunlarıq, bizim bir ruhumuz var. Biz – Kristiano Ronaldoyuq.
Biz – bir çox sahələrdə çempionuq, lakin ən böyük Portuqaliya çempionları – Siz, Portuqal xalqısınız. Sizlərdən hər biri çempiondur. Bəzən siz bunu bilmirsiniz, ancaq 70 il ərzində ərsəyə gətirdiyiniz işlər sayəsində çempionsunuz”, – deyə prezident milli dəyərləri təcəssüm etdirib.


