Portuqaliya yığması AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində bütün oyunlarda qalib gəlməklə, yığma tarixinin rekordunu müyyən edib.
Arena.az məlumat verir ki, Portuqaliya yığması Slovakiya, Lüksemburq, İslandiya, Bosniya və Herseqovina və Lixtenşteyn komandaları ilə keçirdiyi bütün oyunların hamısında qalib gələrək, “J” qrupunu lider kimi başa vurub.
Həmçinin portuqallar cari seçmə mərhələnin ən çox qol vurmuş (36 qol), ən az qol buraxmış (2 qol) və ən yaxşı top fərqinə malik (+34) komandası olublar.
Beləliklə, Portuqaliya millisi Avropa çempionatının final mərhələsinə mütləq nəticə ilə vəsiqə qazana bilmiş 9-cu milli komanda kimi tarixə düşüb.
Avropa çempionatlarının seçmə mərhələlərində mütləq nəticəyə imza atmış milli komandaların siyahısını təqdim edirik:
AÇ-2024: Portuqaliya (10 qələbə);
AÇ-2020: Belçika (10 qələbə);
AÇ-2020: İtaliya (10 qələbə);
AÇ-2016: İngiltərə (8 qələbə);
AÇ-2012: Almaniya (10 qələbə);
AÇ-2012: İspaniya (8 qələbə);
AÇ-2004: Fransa (8 qələbə);
AÇ-2000: Çexiya (10 qələbə);
AÇ-1992: Fransa (8 qələbə);
AÇ-1960: SSRİ (2 qələbə) – İspaniya yığmasnın oynamaqdan imtina etməsi səbəbindən daha 2 oyun ləğv edilib.


