Premyer Liqa: 2024/25 mövsümünün ilk turunun oyun cədvəli

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025 mövsümünün ilk turunun oyun cədvəli məlum olub.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, yeni mövsümün və 1-ci turun açılış matçı “Dalğa Arena”da “Araz-Naxçıvan” və son ölkə çempionu “Qarabağ” arasında keçiriləcək.

Tura Zirə İdman Kompleksində baş tutacaq “Zirə” – “Səbail” matçı ilə yekun vurulacaq.

Azərbaycan, Premyer Liqa
1-ci tur
2 avqust

“Araz-Naxçıvan” – “Qarabağ”
Mərdəkan. “Dalğa Arena”, 20:00.

3 avqust

“Neftçi” – “Turan Tovuz”
Bakı. “Neftçi Arena”, 18:30.

“Sumqayıt” – “Kəpəz”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 20:45.

4 avqust

“Şamaxı” – “Sabah”
Şamaxı şəhər stadionu, 17:30.

“Zirə” – “Səbail”
Zirə İK stadionu, 20:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: