Premyer Liqa: 25-ci turun 2 oyununun başlama saatı dəyişdirildi

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025 mövsümünün 25-ci turunda iki oyunun başlama vaxtı dəyişdirilib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, yayım və təşkilati məsələlər ilə əlaqədar “Turan Tovuz” – “Zirə” və “Sabah” – “Araz Naxçıvan” görüşləri əvvəlcədən açıqlanmış saatdan 30 dəqiqə tez, müvafiq olaraq 17:30 və 19:30-da start götürəcək.

Hər iki qarşılaşma martın 4-də keçiriləcək.

Premyer Liqa
25-ci tur
3 mart

“Səbail” – “Şamaxı”
“Bayıl Arena”, 17:00.

“Sumqayıt” – “Qarabağ”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.

4 mart

“Turan Tovuz” – “Zirə”
Tovuz şəhər stadionu, 17:30.

“Sabah” – “Araz-Naxçıvan”
“Masazır Arena”, 19:30.

5 mart

“Kəpəz” – “Neftçi”
Tovuz şəhər stadionu, 17:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: