Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 27-ci turunun hakim təyinatları açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
27-ci tura bu gün keçiriləcək bir oyunla start veriləcək. Turun açılış matçında “Neftçi” “Səbail”i qəbul edəcək. Bu görüş İnqilab Məmmədova tapşırılıb.
Sabah keçiriləcək “Zirə” – “Kəpəz” oyununda Kamal Umudlu, “Araz-Naxçıvan” – “Qəbələ” matçında isə Elçin Məsiyev fit səsləndirəcək.
Bazar günü keçiriləcək “Turan Tovuz” – “Qarabağ” oyununun baş hakimi Tural Qurbanov olacaq. “Sumqayıt” – “Sabah” görüşünü isə FİFA referisi Əliyar Ağayev idarə edəcək.
Premyer Liqa
27-ci tur
15 mart
“Neftçi” – “Səbail”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamranbəy Rəhimov.
VAR: Rauf Cabarov.
AVAR: Cavid Cəlilov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı. “Neftçi Arena”, 19:00.
16 mart
“Zirə” – “Kəpəz”
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Asiman Əzizli, Kamran Əliyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 16:00.
“Araz-Naxçıvan” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Mərdəkan. “Dalğa Arena”, 18:30.
17 mart
“Turan Tovuz” – “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Tovuz şəhər stadionu, 16:00.
“Sumqayıt” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabbarov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.


