Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 29-cu turunun oyunlarına hakim təyinatları açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Turun açılış qarşılaşması olan “Araz Naxçıvan” – “Kəpəz” matçını Fərid Hacıyev idarə edəcək.
Sabah keçiriləcək “Turan Tovuz” – “Sabah” matçı FİFA referisi Əliyar Ağayevə tapşırılıb. “Qarabağ” – “Səbail” matçında isə Nicat İsmayıllı fit çalacaq.
Bazar gününə təsadüf edəcək “Zirə” – “Qəbələ” görüşü Rəvan Həmzəzadəyə tapşırılıb. “Neftçi” – “Sumqayıt” qarşılaşmasında isə Elçin Məsiyev söz sahibi olacaq.
Premyer Liqa
30-cu tur
5 aprel
“Araz-Naxçıvan” – “Kəpəz”
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Rəhman İmami, Tural Qurbanov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Mərdəkan. “Dalğa Arena”, 20:00.
6 aprel
“Turan Tovuz” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamal Umudlu.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Tovuz şəhər stadionu, 16:00.
“Qarabağ” – “Səbail”
Hakimlər: Nicat İsmayıllı, Vüsal Məmmədov, Asiman Əzizli, Əli Əliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu, 20:00.
7 aprel
“Zirə” – “Qəbələ”
Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Teymur Teymurov, Cavid Cəlilov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Zirə İdman Kompleksinin stadionu, 16:30.
“Neftçi” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabbarov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Neftçi Arena”, 20:00.


