Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 3-cü turundan təxirə salınmış 2 oyunun keçiriləcəyi tarix müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Zirə” – “Araz-Naxçıvan” və “Şamaxı” – “Qarabağ” oyunlarının keçiriləcəyi tarix məlumdur. “Zirə” – “Araz-Naxçıvan” matçı noyabrın 6-da, “Şamaxı” – “Qarabağ” qarşılaşması isə dekabrın 19-da baş tutacaq. Oyunları məkanı və başlama saatı ilə bağlı əlavə məlumatlar veriləcək.
Xatırladaq ki, bu oyunlar “Zirə” və “Qarabağ”ın avrokubok matçlarına daha yaxşı hazrlaşa bilməsi üçün PFL tərəfindən təxirə salınmışdı.


