Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025 mövsümünün 7-ci, 8-ci, 9-cu və 10-cu turlarının oyun cədvəli açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Üç gün ərzində keçiriləcək 7-ci turun açılış matçı Tovuzda keçiriləcək. Burada “Kəpəz” “Şamaxı”nı qəbul edəcək. Turun bağlanış qarşılaşması Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda gerçəkləşəcək. “Sumqayıt” “Zirə” ilə üz-üzə gələcək.
8-ci turun oyunları da üç gün (27, 28 və 29 sentyabr) ərzində keçiriləcək. Tura Mərdəkanda keçiriləcək “Araz-Naxçıvan” – “Səbail” matçı ilə start veriləcək. Son oyun isə “Azərsun Arena”da “Qarabağ”la “Sabah” arasında keçiriləcək.
9-cu turun görüşləri oktyabr ayına təsadüf edəcək. Oktyabrın 4-də start götürəcək tur ayın 6-da yekunlaşacaq. İlk oyunda “Kəpəz” “Neftçi”ni qəbul edəcəksə, son oyunda “Sumqayıt” evdə “Qarabağ”la qarşılaşacaq.
10-cu turun görüşləri isə 18-20 oktyabr aralığında baş tutacaq. Bu tur da Tovuzda başlayıb, Sumqayıtda bitəcək.
Premyer Liqa
7-ci tur
20 sentyabr
“Kəpəz” – “Şamaxı”
Tovuz şəhər stadionu, 17:00.
“Neftçi” – “Qarabağ”
Bakı. “Neftçi Arena”, 20:00.
21 sentyabr
“Turan Tovuz” – “Araz-Naxçıvan”
Tovuz şəhər stadionu, 18:00.
22 sentyabr
“Səbail” – “Sabah”
“Bayıl Arena”, 18:00.
“Sumqayıt” – “Zirə”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 20:30.
8-ci tur
27 sentyabr
“Araz-Naxçıvan” – “Səbail”
Mərdəkan. “Dalğa Arena”, 19:00.
28 sentyabr
“Zirə” – “Kəpəz”
Zirə İdman Kompleksinin stadionu, 17:00.
“Neftçi” – “Sumqayıt”
Bakı. “Neftçi Arena”, 19:30.
29 sentyabr
“Şamaxı” – “Turan Tovuz”
Şamaxı şəhər stadionu, 16:00.
“Qarabağ” – “Sabah”
Bakı. “Azərsun Arena”, 19:00.
9-cu tur
4 oktyabr
“Kəpəz” – “Neftçi”
Tovuz şəhər stadionu, 17:00.
5 oktyabr
“Səbail” – “Şamaxı”
“Bayıl Arena”, 17:00.
“Sabah” – “Araz-Naxçıvan”
“Masazır Arena”, 19:30.
6 oktyabr
“Turan Tovuz” – “Zirə”
Tovuz şəhər stadionu, 17:45.
“Sumqayıt” – “Qarabağ”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 20:00.
10-cu tur
18 oktyabr
“Kəpəz” – “Qarabağ”
Tovuz şəhər stadionu, 18:00
19 oktyabr
“Şamaxı” – “Araz-Naxçıvan”
Şamaxı şəhər stadionu, 15:30
“Neftçi” – “Səbail”
“Neftçi Arena”, 18:00
20 oktyabr
“Zirə” – “Sabah”
Zirə İdman Kompleksinin stadionu, 17:30
“Sumqayıt” – “Turan Tovuz”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 20:00


