Premyer Liqa: “Arsenal” autsayderi 6 cavabsız qolla yendi

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 27-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Şeffild Yunayted” doğma meydanda “Arsenal”la üz-üzə gəlib. London təmsilçisi səfərdə 6 cavabsız qolla qələbə qazanıb.

Beləliklə, 27 turdan sonra 63 xala malik “Liverpul” vahid liderdir. “Mançester Siti” 62 xalla 2-ci, “Arsenal” 61 xalla 3-cü pillədə qərarlaşıb.

“Aston Villa” 55, “Tottenhem” 50, “Mançester Yunayted” 44, “Vest Hem” 42, “Nyukasl” 40, “Brayton” 39, “Vulverhempton” 38, “Çelsi” 36, “Fulhem” 35, “Bornmut” 31, “Kristal Pelas” 28, “Brentford” 26, “Everton” 25, “Nottingem Forest” 24, “Luton Taun” 20, “Börnli” və “Şeffild Yunayted” isə 13 xal toplayıblar.

İngiltərə, Premyer Liqa
27-ci tur
2 mart

Brentford – Çelsi 2:2
Qollar: Rasmussen, 50. Vissa, 69 – N.Cekson, 35. Disasi, 83.

Everton – Vest Hem 1:3
Qollar: Beto, 56 – Zuma, 62. Souçek, 90+1. E.Alvares, 90+5.

Fulhem – Brayton 3:0
Qollar: H.Uilson, 21. Munis, 32. A.Traore, 90+1.

Nyukasl – Vulverhempton 3:0
Qollar: A.İsak, 14. Qordon, 33. Livramento, 90+2.

Nottingem Forest – Liverpul 0:1
Qol: Nunes, 90+9.

Tottenhem – Kristal Pelas 3:1
Qollar: Verner, 77. Romero, 80. Son, 88 – Eze, 59.

Luton Taun – Aston Villa 2:3
Qollar: Çonq, 66. Morris, 72 – Uotkins, 24; 38. Din, 89.

3 mart

Börnli – Bornmut 0:2
Qollar: Kluyvert, 13. Semenyo, 88.

Mançester Siti – Mançester Yunayted 3:1
Qollar: Foden, 56; 80. Haland, 90+1 – Raşford, 8.

4 mart

Şeffild Yunayted – Arsenal 0:6
Qollar: Edeqor, 5. Boql, 13-öz qapısına. Martinelli, 15. Haverts, 25. Rays, 39. Uayt, 58.