Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 25-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Nyukasl” – “Bornmut” matçında qalib müəyyənləşməyib.
“Tottenhem” doğma meydanda “Vulverhempton”a, “Fulhem” də “Aston Villa”ya məğlub olub. “Nottingem Forest” isə “Vest Hem”lə ev oyunundan inamlı qələbə ilə ayrılıb.
Lider “Liverpul” səfərdə “Brentford”a böyük hesabla qalib gəlib. Liderin əsas izləyicisi “Arsenal” da “Börnli” ilə səfər matçında 5 cavabsız qola sevinib.
Üçüncü pilldə qərarlaşmış son çempion “Mançester Siti” isə turu xal itkisi ilə başa vurub. “Şəhərlilər” doğma meydanda “Çelsi” ilə qarşılaşmadan 1 qol və 1 xalla ayrılıblar.
İngiltərə, Premyer Liqa
25-ci tur
17 fevral
Brentford – Liverpul 1:4
Qollar: Touni, 75 – Nunyes, 35. Mak Allister, 55. Salah, 68. Qakpo, 86.
Börnli – Arsenal 0:5
Qollar: Edeqor, 4. Saka, 41; 47. Trossar, 66. Haverts, 78.
Fulhem – Aston Villa 1:2
Qollar: Munis, 63 – Uotkins, 23; 56.
Nyukasl – Bornmut 2:2
Qollar: Qordon, 58-pen. Ritçi, 90+1 – Solanke, 51. Semenyo, 69.
Nottingem Forest – Vest Hem 2:0
Qollar: Avoniyi, 45+5. Hadson-Odoi, 90+4.
Tottenhem – Vulverhempton 1:2
Qollar: Kuluşevski, 46 – J.Qomes, 42; 63.
Mançester Siti – Çelsi 1:1
Qollar: Rodri, 83 – Sterlinq, 42.
18 fevral
18:00. Şeffild Yunayted – Brayton
20:30. Luton Taun – Mançester Yunayted
19 fevral
00:00. Everton – Kristal Pelas


