Premyer Liqa: “Çelsi” “Nyukasl”ı məğlub yola saldı

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 28-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında uğursuz mövsüm keçirən “Çelsi” ilə “Nyukasl” komandaları üz-üzə gəliblər. Beş qolun qeydə alındığı oyun London təmsilçisinin qələbəsiylə yekunlaşıb.

Beləliklə, 28 turdan sonra 64 xala malik “Arsenal”la “Liverpul” Premyer Liqaya şərikli liderlik edirlər. “Mançester Siti” onlardan cəmi 1 xal geri qalır. “Aston Villa” 55, “Tottenhem” 53, “Mançester Yunayted” 47, “Vest Hem” 43, “Brayton” 42, “Vulverhempton” 41, “Nyukasl” 40 xal toplayıb. “Çelsi” isə 39 xalla 11-ci sıradadır.

İngiltərə, Premyer Liqa
28-ci tur
9 mart

Mançester Yunayted – Everton 2:0
Qollar: B.Fernandes, 12-pen. Raşford, 36-pen.

Bornmut – Şeffild Yunayted 2:2
Qollar: Uattara, 74. E.Ünal, 90+1 – Hamer, 27. Robinson, 64.

Kristal Pelas – Luton Taun 1:1
Qollar: Mateta, 11 – Vudrou, 90+6.

Vulverhempton – Fulhem 2:1
Qollar: Ait-Nuri, 52. Kerni, 67-öz qapısına – İvobi, 90+8.

Arsenal – Brentford 2:1
Qollar: Rays, 19. Haverts, 86 – Vissa, 45+4.

10 mart

Aston Villa – Tottenhem 0:4
Qollar: Meddison, 50. Conson, 53. Son, 90+1. Verner, 90+4.

Brayton – Nottingem Forest 1:0
Qol: Omobamidele, 29-öz qapısına.

Vest Hem – Börnli 2:2
Qollar: Paketa, 46. İnqs, 90+1 – Fofana, 11. Mavropanos, 45+1-öz qapısına.

Liverpul – Mançester Siti 1:1
Qollar: Makallister, 50-pen – Stounz, 23.

11 mart

Çelsi – Nyukasl 3:2
Qollar: N.Cekson, 6. Palmer, 58. Mudrik, 76 – İsak, 43. Mörfi, 90.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: