Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 4-cü turuna yekun vurulub.
Arena.az xəbər verir ki, turun son matçında son çempion “Qarabağ”la bu mövsümün ən zəif komandalarından biri hesab olunan “Kəpəz” üz-üzə gəlib.
Ağdam klubu doğma meydanda baş tutan bu oyundan xal itkisi ilə ayrılıb. “Qarabağ”ın erkən qol vurmasına baxmayaraq, matçın sonlarında bərabərlik topunu vuran qonaqlar vacib 1 xal qazanıblar.
Xatırladaq ki, daha öncə “Araz-Naxçıvan”la “Sumqayıt” da heç-heçəyə razılaşmışdı – 1:1. “Turan Tovuz” evdə “Səbail”ə 1:3, “Sabah” isə “Zirə”yə 0:1 hesabıyla məğlub olub. “Neftçi” də bu gün “Qəbələ”yə 2:0 hesabıyla qalib gəlib.
Premyer Liqa
4-cü tur
27 avqust
“Qarabağ” – “Kəpəz” 1:1
Qollar: Olavio Juninyo, 9 – Cavad Kərimov, 86.
Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Vüsal Məmmədov, Rəvan Həmzəzadə.
Bakı. “Azərsun Arena”, 20:45.
Qarabağ: 99. Andrey Lunyov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 4. Rahil Məmmədov, 27. Toral Bayramov, 83. Nihad Quliyev, 7. Yassin Benzya, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 18. Olavio Juninyo, 2. Mateus Silva.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 8. Marko Yankoviç, 6. Julio Romao, 19. Redon Cica, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.
Kəpəz: 1. Vladislav Vasilyuçek, 10. Tural Rzayev, 11. Elnur Cəfərov, 99. Əli Səmədov, 14. Elçin Əlicanov, 88. Şakir Seyidov, 22. Rüfət Əhmədov, 91. Latir Fall, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 4. Vüsal Məsimov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 2. Nicat Verdiyev, 15. Cavad Kərimov, 66. Arzu Atakişiyev.
Baş məşqçi: Azər Məmmədov.


