Premyer Liqa: “Kəpəz” “Sabah”a Tovuzda uduzdu

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 15-ci turunun oyunları keçirilir.

Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Tovuzda təşkil olunub.

Burada Gəncə təmsilçisi “Kəpəz” “Sabah”ı qəbul edib. Paytaxt təmsilçisi bu oyunda inamlı qələbəyə sevinib. “Bayquşlar”ın hər iki qolu matçın əvvəlinə təsadüf edib. Qalan dəqiqələrdə hesab dəyişməyib. Bununla da “Sabah” cari mövsümdə 5-ci qələbəsini rəsmiləşdirib, “Kəpəz” isə 9-cu dəfə meydanı xalsız tərk edib.

Günün ikinci oyununda “Neftçi” doğma meydanda “Zirə” ilə üz-üzə gələcək.

Xatırladaq ki, ilk oyun günündə keçirilmiş “Araz-Naxçıvan” – “Səbail” (1:1) və “Turan Tovuz” – “Sumqayıt” (2:2) oyunlarında qalib müəyyənləşməyib. Tura sabah keçiriləcək “Qarabağ” – “Qəbələ” matçı ilə yekun vurulacaq.

Premyer Liqa
15-ci tur
3 dekabr

“Kəpəz” – “Sabah” 0:2
Qollar: Anatoli Nuriyev, 6. Yeqor Xvalko, 14-öz qapısına.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Əli Əliyev.
Tovuz şəhər stadionu, 15:00.

Kəpəz: 96. İqor Rodriqes, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 88. Şakir Seyidov, 26. Adama Niane, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior.
Ehtiyat oyunçular: 1. Vladislav Vasilyuçek, 12. Kamran İbrahimov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 11. Elnur Cəfərov, 99. Əli Səmədov, 8. Elmir Tağıyev, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 13. Fərid Kələntərov.
Baş məşqçi: Adil Şükürov.

Sabah: 55. Nicat Mehbalıyev, 77. Namiq Ələsgərov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 24. Maruan Hadudi, 7. Boyan Letiç, 44. Sofian Çakla, 70. Jesse Sekidika, 19. Emmanuel Apeh.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 16. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 15. Kristian da Silva, 14. İshak Belfodil, 28. Kahim Parris, 12. Vensan Till.
Baş məşqçi: Murad Musayev.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: