Premyer Liqa: “Liverpul”la MS “sülh bağladı”, “Arsenal”…

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 28-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

Səfərdə “Aston Villa” ilə qarşılaşan “Tottenhem” 4 cavabsız qolla qalib gəlib.

“Brayton” isə “Nottingem Forest”lə ev oyununda 3 xalı tək qolla qazanıb.

Dörd qolun qeydə alındığı “Vest Hem” – “Börnli” matçında qalib müəyyənləşməyib.

Turun mərkəzi oyununda liderlər qrupunda qərarlaşmış “Liverpul”la “Mançester Siti” üz-üzə gəliblər. Tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər. Bu, “Arsenal”ın zirvəyə yüksəlməsinə şərait yaradıb. Hazırda “topçular” 64 xalla zirvədə qərarlaşıblarsa, eyni xala malik “Liverpul” ikincidir. “Mançester Siti” isə 63 xalla 3-cüdür.

28-ci tura sabah keçiriləcək “Çelsi” – “Nyukasl” oyunu ilə yekun vurulacaq.

İngiltərə, Premyer Liqa
28-ci tur
9 mart

Mançester Yunayted – Everton 2:0
Qollar: B.Fernandes, 12-pen. Raşford, 36-pen.

Bornmut – Şeffild Yunayted 2:2
Qollar: Uattara, 74. E.Ünal, 90+1 – Hamer, 27. Robinson, 64.

Kristal Pelas – Luton Taun 1:1
Qollar: Mateta, 11 – Vudrou, 90+6.

Vulverhempton – Fulhem 2:1
Qollar: Ait-Nuri, 52. Kerni, 67-öz qapısına – İvobi, 90+8.

Arsenal – Brentford 2:1
Qollar: Rays, 19. Haverts, 86 – Vissa, 45+4.

10 mart

Aston Villa – Tottenhem 0:4
Qollar: Meddison, 50. Conson, 53. Son, 90+1. Verner, 90+4.

Brayton – Nottingem Forest 1:0
Qol: Omobamidele, 29-öz qapısına.

Vest Hem – Börnli 2:2
Qollar: Paketa, 46. İnqs, 90+1 – Fofana, 11. Mavropanos, 45+1-öz qapısına.

Liverpul – Mançester Siti 1:1
Qollar: Makallister, 50-pen – Stounz, 23.

11 mart

00:00. Çelsi – Nyukasl

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: