Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2024/2025-ci illər mövsümündə ilk avtoqol qeydə alınıb.
Arena.az xəbər verir ki, bu, 7-ci turun “Qarabağ” – “Neftçi” matçında (4:0) yaşanıb.
Qonaqların futbolçusu Robert Bauer topu öz qapısına vurub. Bu, ölkə çempionatları tarixində 234-cü avtoqol olub.
“Neftçi” futbolçuları Azərbaycan çempionatlarında 25-ci dəfə topu öz qapısına vurublar. Bu, yarışın tarixində antirekorddur. “Qarabağ” isə 34-cü dəfə rəqib futbolçunun vurduğu qola sevinib ki, bununla da sahib olduğu rekordu yeniləyib.
Maraqlıdır ki, “Neftçi”nin avtoqollarından 8-i məhz əzəli rəqibi “Qarabağ”la görüşlərə təsadüf edib.


