Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 26-cı turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, bu gün daha altı qarşılaşma baş tutub.
“Brayton” – “Everton” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
“Aston Villa” “Nottingem Forest”i, “Kristal Pelas” “Börnli”ni məğlub yola salıb.
Son turlarda qələbələri sıralayan “Mançester Yunayted” bu dəfə “Fulhem”lə ev oyunundan məğlubiyyətlə ayrılıb.
Səfərdə “Bornmut”la qarşılaşan son çempion “Mançester Siti” turu qələbə ilə başa vurub.
“Arsenal” da “Nyukasl”la ev oyununda darmadağına imza atıb.
Qeyd edək ki, bu turun “Çelsi” – “Tottenhem” oyunu təxirə salınıb. Buna “zadəganlar”ın fevralın 25-də İngiltərə Liqa Kubokunun finalında “Liverpul”la final oyunu səbəb olub.
İngiltərə, Premyer Liqa
26-cı tur
21 fevral
Liverpul – Luton Taun 4:1
Qollar: Van Deyk, 56. Qakpo, 58. L.Dias, 71. Elliott, 90 – Oqbene, 12.
26 fevral
Aston Villa – Nottingem Forest 4:2
Qollar: Uotkins, 4. D.Luis, 29; 39. Beyli, 61 – Niakate, 45+5. Gibbs-Uayt, 48.
Brayton – Everton 1:1
Qollar: Dank, 90+5 – Brentueyt, 73.
Kristal Pelas – Börnli 3:0
Qollar: Riçards, 68. Ayyu, 71. Mateta, 79-pen.
Mançester Yunayted – Fulhem 1:2
Qollar: Maquayr, 89 – Bassi, 65. İvobi, 90+7.
Bornmut – Mançester Siti 0:1
Qol: Foden, 24.
Arsenal – Nyukasl 4:1
Qollar: Botman, 18-öz qapısına. Haverts, 24. Saka, 65. Kivior, 69 – Uillok, 84.
25 fevral
17:30. Vulverhempton – Şeffild Yunayted
26 fevral
00:00. Vest Hem – Brentford


