Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 4-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun gününün ikinci qarşılaşması Mərdəkanda baş tutub.
Burada “Neftçi” “Araz-Naxçıvan”ın qonağı olub. Bu oyunda “ağ-qaralar” ilk qələbəni rəsmiləşdirməyi hədəfləmişdilər. Amma ilk iki turda heç-heçəyə razılaşan, son olaraq “Sabah”a uduzan paytaxt klubu bu dəfə də məğlubiyyətə yaxın olub.
“Dalğa Arena”da baş tutan görüşdə hesabı “Neftçi”nin yetirməsi olan Ömər Buludov açıb. Hansı ki, o, elə bu yay paytaxt klubundan ayrılaraq “Araz-Naxçıvan”a keçmişdi. Qarşılaşmanın elə 1:0 hesabıyla Naxçıvan klubunun xeyrinə bitəcəyinin gözlənildiyi anda “Neftçi” mübahisəli bir qolla məğlubiyyətdən xilas olmağı bacarıb. Hansı ki, məhz bu mübahisələrin yekununda “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev də qırmızı vərəqə ilə texniki zonadan qovulub.
Premyer Liqa
4-cü tur
24 avqust
“Araz-Naxçıvan” – “Neftçi” 1:1
Qollar: Ömər Buludov, 16 – Ramil Şeydayev, 90+4.
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov.
VAR: Cavid Cəlilov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Mərdəkan. “Dalğa Arena”.
Araz-Naxçıvan: 12. Kristian Avram, 34. Ürfan Abbasov, 3. Bəxtiyar Həsənalızadə, 6. Vadim Abdullayev (k), 26. Ömər Buludov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 97. Felipe Santos.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 1. Vüsal Şabanov, 2. Slavik Alxasov, 7. Ülvü İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 24. Mustafa Əhmədzadə, 10. Bernardo Dias.
Baş məşqçi: Elmar Baxşıyev.
Neftçi: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 19. Azər Salahlı, 90. Ramil Şeydayev (k), 14. Edvin Kuç, 6. Rafael Quzzo, 99. Ervin Koffi, 44. Yuri Matias, 23. Robert Bauer, 11. Kilan Lebon, 88. Andrey Ştoqrin.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 8. Emin Mahmudov, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 13. Emil Səfərov, 4. Mark Tamaş, 24. Mustafa Sek, 9. Andre Şinyaşiki, 20. Alfa Konte, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Roman Qriqorçuk.


