Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 6-cı turuna yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Zirədə baş tutub.
Mövsümə heç də uğurlu başlamamış “Neftçi” burada “Zirə”nin qonağı olub. “Ağ-qaralar” 5 oyuna topladıqları 4 xalla 9-cu pillədə qərarlaşmışdılar. Roman Qriqorçukun çalışdırdığı komanda bu mövsüm qələbə üzünə həsrət idi. “Zirə” isə bu mövsüm 4 oyun keçirmişdi, 2 qələbə və 2 məğlubiyyət görmüşdü. Rəşad Sadıqovun komandası 6 xalla 6-cı sıradaydı.
Bu, “Zirə” ilə “Neftçi”nin 35-ci görüşü idi. Əvvəlki 34 oyunda zirəlilər 13, “neftçilər” 12 qələbəni bayram etmişdilər, 9 heç-heçə qeydə alınmışdı. “Neftçi” son 8 oyunda qol vurmuşdu.
Budəfəki görüşün yekununda qələbəni “Zirə” bayram edib. İnamlı qələbəyə sevinən qəsəbə təmsilçisi xalını 9-a çatdıraraq 5-ci sıraya yüksəlib. Cari mövsümdə 2-ci məğlubiyyətini alan “Neftçi” isə autsayderlər qrupunda yerini “möhkəmləndirməyə” davam edir.
Premyer Liqa
6-cı tur
15 sentyabr
“Zirə” – “Neftçi” 2:0
Qollar: Salifu Suma, 1. Rafael Utziq, 60.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov.
VAR: Nicat İsmayıllı.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zirə İdman Kompleksinin stadionu. 18:00.
Zirə: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 90. Davit Volkov, 23. Rafael Utziq, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 99. Səlim Həşimov, 97. Tiaqo Silva, 8. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 22. İldar Ələkbərov, 5. Stefan Akka, 10. Georgi Papunaşvili, 28. Abbas İbrahim.
Baş məşqçi: Rəşad Sadıqov.
Neftçi: 93. Rza Cəfərov, 8. Emin Mahmudov (k), 3. Höccət Haqverdi, 90. Ramil Şeydayev, 6. Rafael Quzzo, 99. Ervin Koffi, 23. Robert Bauer, 24. Mustafa Sek, 11. Kilan Lebon, 22. Dembo Darbo, 88. Andrey Ştoqrin.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 10. Filip Ozobiç, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 13. Emil Səfərov, 91. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 4. Mark Tamaş, 9. Andre Şinyaşiki, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Roman Qriqorçuk.


