Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 24-cü turunun növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.
Öncə “Araz-Naxçıvan” çempionatın aşkar autsayderi “Səbail”i qəbul edəcək. Mərdəkanda keçiriləcək qarşılaşmanı Fərid Hacıyev idarə edəcək. Son üç oyununda qələbəyə həsrət qalmış Naxçıvan təmsilçisi nəhayət, uğursuz gedişata bu oyunda son qoymağa çalışacaq. “Səbail” də son üç turda cəmi 2 xal qazanıb və sonuncu pillədən qurtulmaq üçün qələbəyə çox ehtiyacı var.
Bu, “Araz-Naxçıvan”la “Səbail”in çempionatdakı 7-ci qarşılaşması olacaq. Əvvəlki 6 oyunda bərabərlik var. 2 oyun heç-heçə bitdiyi halda qalan oyunlarda da tərəflər hərəyə 2 qələbə qazanıblar. Hətta top fərqində də bərabərlik hörkm sürür – 8:8. “Səbail” bütün səfər oyunlarında qol vurub. “Araz-Naxçıvan” son iki qarşılaşmada qalib gəlib.
Günün digər oyunu lider “Qarabağ”la əsas rəqiblərindən biri hesab olunan “Sabah” arasında keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanın referisi Əliyar Ağayev olacaq.
“Qarabağ”la “Sabah” indiyə qədər 25 oyunda üz-üzə gəliblər. Bu oyunlarda ağdamlıların 15, bakılıların 2 qələbəsi var. 8 görüş də heç-heçə bitib. “Qarabağ” son 8 oyunda qol vurub. “Sabah” səfərdə heç vaxt qələbə qazanmayıb.
Qeyd edək ki, Ağdam təmsilçisi hazırda 56 xalla vahid liderdir və ən yaxın izləyicisi “Araz-Naxçıxan”ı (44) 12 xal qabaqlayır. “Sabah” isə 32 xalla 5-ci sırada qərarlaşıb.
Premyer Liqa
24-cü tur
21 fevral
“Neftçi” – “Sumqayıt” 1:0
Qol: Filip Ozobiç, 90+3-pen.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Əli Əliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. “Neftçi Arena”, 19:00.
22 fevral
“Araz-Naxçıvan” – “Səbail”
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Rəhman İmami, Elvin Bayramov.
VAR: Nicat İsmayıllı.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı. “Dalğa Arena”, 16:00.
“Qarabağ” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov.
VAR: Rəşad Əhmədov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.
23 fevral
“Şamaxı” – “Turan Tovuz”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Kamran Əliyev.
VAR: Rauf Allahverdiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı şəhər stadionu, 14:30.
“Zirə” – “Kəpəz”
Hakimlər: Rauf Cabbarov, Rahil Ramazanov, Teymur Teymurov, Elçin Məsiyev.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Zirə İdman Kompleksinin stadionu, 17:00


