Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 7-ci turunun oyunları keçirilib.
Arena.az xəbər verir ki, turun mərkəzi oyunu da ilk oyun gününə təsadüf edib.
Belə ki, son çempion “Qarabağ” doğma meydanda əvəzli rəqibi “Neftçi” ilə üz-üzə gəlib. Cari mövsümdə qələbəyə həsrət olan paytaxt klubu bu dəfə də uğursuz gedişata son qoya bilməyib. Ağdam təmsilçisi Azərbaycan derbisində darmadağına sevinib.
Premyer Liqa
7-ci tur
20 sentyabr
“Qarabağ” – “Neftçi” 4:0
Qollar: Robert Bauer, 18-öz qapısına. Olavio Juninyo, 29. Yassin Benzya, 45+3. Leandro Andrade, 90+1.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev.
Bakı. “Azərsun Arena”, 20:00.
Qarabağ: 99. Mateuş Koxalski, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 7. Yassin Benzya, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 8. Marko Yankoviç, 19. Redon Cica, 15. Leandro Andrade, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.
Neftçi: 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 90. Ramil Şeydayev (k), 13. Emil Səfərov, 14. Edvin Kuç, 44. Yuri Matias, 23. Robert Bauer, 24. Mustafa Sek, 9. Andre Şinyaşiki, 22. Dembo Darbo, 88. Andrey Ştoqrin.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 8. Emin Mahmudov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 91. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 4. Mark Tamaş, 6. Rafael Quzzo, 99. Ervin Koffi, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Roman Qriqorçuk.


