Bu gün keçirilmiş bir oyunla futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünə start verilib.
Arena.az xəbər veir ki, ilk turun ilk oyun günündə bir qarşılaşma baş tutub.
Yeni mövsümün və ilk turun açılış matçında son çempion “Qarabağ” “Araz-Naxçıvan”la üz-üzə gəlib. “Qarabağ” bu rəqibinə əvvəl keçirdiyi bütün oyunlarda qol vurmuşdu. “Araz-Naxçıvan” isə evdə uduzmamışdı.
Bu oyunda isə Ağdam təmsilçisi səfər oyununda darmadağına imza atıb. Beş qolluq qarşılaşma “Qarabağ”ın 4:1 hesablı qələbəsiylə yekunlaşıb.
Turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək. Sabah “Neftçi” “Turan Tovuz”u, “Sumqayıt” isə “Kəpəz”i qəbul edəcək. Sonuncu oyun günündə “Sabah” doğma meydanda “Şamaxı”nı, “Zirə” də “Səbail”i sınağa çəkəcək.
Premyer Liqa
1-ci tur
2 avqust
“Araz-Naxçıvan” – “Qarabağ” 1:4
Qollar: Nuno Rodriqes, 86 – Redon Cica, 6. Riçard Almeyda, 9. Hamidu Keyta, 47. Abbas Hüseynov, 88.
Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 78 (ikinci sarı).
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev
Mərdəkan. “Dalğa Arena”, 20:00.
Araz-Naxçıvan: 94. Tərlan Əhmədli, 34. Ürfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə, 26. Ömər Buludov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 8. Karlos Jatoba, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 97. Felipe Santos, 10. Bernardo Dias.
Ehtiyat oyunçular: 12. Kristian Avram, 1. Vüsal Şabanov, 6. Vadim Abdullayev, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 23. Nuno Rodriqes.
Baş məşqçi: Elmar Baxşıyev.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 2. Mateus Silva, 19. Redon Cica.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 12. Sadiq Məmmədzadə, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.


