Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 26-cı turunun oyunları üçün təyinatlar müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Tura bu gün keçiriləcək bir oyunla start veriləcək. “Səbail”lə “Sumqayıt” arasındakı qarşılaşmanı Tural Qurbanov idarə edəcək.
“Kəpəz” – “Neftçi” matçı Rəvan Həmzəzadəyə tapşırılıb. Şənbə gününə təsadüf edəcək digər oyunda – “Sabah”la “Qəbələ” arasındakı görüşdə İnqilab Məmmədov söz sahibi olacaq.
“Turan Tovuz”la “Araz-Naxçıvan” arasındakı qarşılaşmada Rəşad Əhmədov fit səsləndirəcək. Turun mərkəzi oyununda “Qarabağ”la “Zirə” üz-üzə gələcək. Bu oyun FİFA referisi Əliyar Ağayevə həvalə olunub.
Premyer Liqa
26-cı tur
8 mart
“Səbail” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Zöhrab Abbasov, Fərid Hacıyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Bayıl Arena”, 19:00.
9 mart
“Kəpəz” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Nicat İsmayıllı.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Tovuz şəhər stadionu, 15:00.
“Sabah” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Əli Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“Masazır Arena”, 17:30.
10 mart
“Turan Tovuz” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Tovuz şəhər stadionu, 15:30.
“Qarabağ” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Kamal Umudlu.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 18:00.


