Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 29-cu turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk görüşü “Sabah”la “Kəpəz” arasında baş tutub.
“Masazır Arena”da baş tutmuş oyunu Rauf Cabbarov idarə edib. Premyer Liqa çərçivəsində keçirdiyi son altı oyunda qələbəyə həsrət olan, 36 xalla 5-ci sırada qərarlaşmış “Sabah” uğursuz gedişata bu gün son qoymaq arzusundaydı. Son iki turda heç-heçələrlə kifayətlənmiş “Kəpəz”ə də xal və ya xallar çox lazım idi. Elə görüşün yekununda da sevinən tərəf böyük sürprizə imza atmış Gəncə təmsilçisi olub. Tək qolla 3 xal qazanmış “Kəpəz” elitada qalmaq yolunda önəmli addım atıb.
Premyer Liqa
29-cu tur
6 aprel
“Sabah” – “Kəpəz” 0:1
Qol: Valdemar Almeyda, 41.
Hakimlər: Rauf Cabbarov, Pərvin Talıbov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə.
VAR: Nicat İsmayıllı.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Masazır Arena”, 17:00.
Sabah: 55. Nicat Mehbalıyev, 17. Tellur Mütəllimov, 15. Seymur Məmmədov, 88. Xəyal Əliyev, 7. Boyan Letiç, 4. Sofian Çakla, 18. Pavol Şafranko (k), 3. Con İrasabal, 13. İvan Lepinitsa, 11. Kahim Parris, 33. Umarali Rahmonaliyev.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 92. Stas Pokatilov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybulayev, 32. Elgün Dünyamalıyev, 70. Jesse Sekidika, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Vasili Berezutski.
Kəpəz: 1. Rojerio Santos, 12. Turan Manafov, 5. Rauf Hüseynli, 21. Camal Cəfərov, 19. Sadiq Şəfiyev, 26. Valdemar Almeyda, 29. Dioqo Verdaska, 78. Yeqor Xvalko (k), 28. Rati Ardazişvili, 3. Mahamadu Ba, 88. Şevroni Mabatşoev.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 18. Elgün Bayramov. 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 70. Nicat Süleymanov, 8. Elmir Tağıyev, 6. Nemət Musayev, 17. Ümid Səmədov, 9. Luis Paçu, 11. Trent Buhaqyar, 10. Kərim Lkuça.
Baş məşqçi: Azər Bağırov.


