Premyer Liqa: “Sabah” – “Neftçi” matçının hakimləri bəlli oldu

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 11-ci turunun təyinatları açıqlanıb.

Arena.az bu barədə AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.

Tura bu gün keçiriləcək “Turan Tovuz” – “Kəpəz” oyunu ilə start veriləcək. Bu oyunu Rauf Allahverdiyev idarə edəcək.

Turun mərkəzi görüşü sayılan “Sabah” – “Neftçi” matçı Tural Qurbanova tapşırılıb.

Premyer Liqa
11-ci tur
25 oktyabr

19.00. “Turan Tovuz” – “Kəpəz”
Hakimlər: Rauf Allahverdiyev, Elşad Abdullayev, Rahil Ramazanov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
Tovuz şəhər stadionu.

26 oktyabr

“Araz-Naxçıvan” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əkbər Əhmədov.
VAR: İnqilab Məmmədov.
AVAR: Namik Hüseynov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Mərdəkan. “Dalğa Arena”. Saat 16:00.

“Səbail” – “Sumqayıt”
Hakimlər: Fərid Hacıyev, Eyyub İbrahimov, Şirmamed Mamedov, Elvin Bayramov.
VAR: Rauf Cabbarov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Bayıl Arena”. Saat 18:30.

27 oktyabr

“Sabah” – “Neftçi”
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Əli Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehdiyev.
“Masazır Arena”. Saat 17:00.

“Qarabağ” – “Şamaxı”
Hakimlər: Cavid Cəlilov, Namik Hüseynov, Müslüm Əliyev, Nicat İsmayıllı.
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 19:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: