Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 33-cü turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə altı qarşılaşma baş tutub.
Səfərdə “Bornmut”la qarşılaşan “Mançester Yunayted” xal itkisi ilə üzləşib – 2:2. Eyni hesabın qeydə alındığı “Nottingem Forest” – “Vulverhempton” matçında da qalib müəyyənləşməyib. “Börnli” – “Brayton” görüşündə isə tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
“Brentford” “Şeffild Yunayted”lə ev oyununda inamlı qələbəyə sevinib. “Nyukasl”ın qonağı olan “Tottenhem” bu turda 4 cavabsız qolla məğlub olub.
Son çempion “Mançester Siti” isə bu dəfə debütant “Luton Taun”u sınağa çəkib. “Şəhərlilər” bu oyunda darmadağına seviniblər.
33-cü turun qalan görüşləri aprelin 14-də və 15-də keçiriləcək.
İngiltərə, Premyer Liqa
33-cü tur
13 aprel
Nyukasl – Tottenhem 4:0
Qollar: A.İsak, 30; 51; Şer, 87. Qordon, 32.
Brentford – Şeffild Yunayted 2:0
Qollar: Arblaster, 64-öz qapısına. Onyeka, 90+3.
Börnli – Brayton 1:1
Qollar: Braunhill, 74 – Muriç, 79-öz qapısına.
Mançester Siti – Luton Taun 5:1
Qollar: Haşioka, 2-öz qapısına. Kovaçiç, 64. Haland, 76-pen. Doku, 87. Qvardiol, 90+3 – Barkli, 81.
Nottingem Forest – Vulverhempton 2:2
Qollar: Gibbs-Uayt, 45+1. Danilo, 57 – Kunya, 40; 62.
Bornmut – Mançester Yunayted 2:2
Qollar: Solanke, 16. Kluyvert, 36 – B.Fernandes, 31; 65-pen.
14 aprel
17:00. Liverpul – Kristal Pelas
17:00. Vest Hem – Fulhem
19:30. Arsenal – Aston Villa
15 aprel
23:00. Çelsi – Everton


