Premyer Liqa: “Vest Hem” “Brentford”u 4 qolla yendi

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 26-cı turunun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, günün yeganə oyunu “Vest Hem”lə “Brentford” arasında baş tutub.

Altı qolun qeydə alındığı oyunun yekununda meydan sahibləri inamlı qələbəyə seviniblər.

Qeyd edək ki, bu turun “Çelsi” – “Tottenhem” oyunu təxirə salınıb.

Hazırda “Liverpul” 60 xalla turnir cədvəlinə liderlik edir. Son çempion “Mançester Siti” 59 xalla 2-ci, “Arsenal” 58 xalla 3-cü, “Aston Villa” 52 xalla 4-cü, “Tottenhem” 47 xalla 5-cidir.

“Mançester Yunayted” 44, “Brayton” və “Vest Hem” 39, “Vulverhempton” 38, “Nyukasl” 37, “Çelsi” 35 xal toplayıblar.

İngiltərə, Premyer Liqa
26-cı tur
21 fevral

Liverpul – Luton Taun 4:1
Qollar: Van Deyk, 56. Qakpo, 58. L.Dias, 71. Elliott, 90 – Oqbene, 12.

26 fevral

Aston Villa – Nottingem Forest 4:2
Qollar: Uotkins, 4. D.Luis, 29; 39. Beyli, 61 – Niakate, 45+5. Gibbs-Uayt, 48.

Brayton – Everton 1:1
Qollar: Dank, 90+5 – Brentueyt, 73.

Kristal Pelas – Börnli 3:0
Qollar: Riçards, 68. Ayyu, 71. Mateta, 79-pen.

Mançester Yunayted – Fulhem 1:2
Qollar: Maquayr, 89 – Bassi, 65. İvobi, 90+7.

Bornmut – Mançester Siti 0:1
Qol: Foden, 24.

Arsenal – Nyukasl 4:1
Qollar: Botman, 18-öz qapısına. Haverts, 24. Saka, 65. Kivior, 69 – Uillok, 84.

25 fevral

Vulverhempton – Şeffild Yunayted 1:0
Qol: Sarabiya, 30.

26 fevral

Vest Hem – Brentford 4:2
Qollar: Bouen, 5; 7; 63. Emerson, 69 – Maupay, 13. Vissa, 82.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: