Premyer Liqanın ən çox dəyər itirmiş 10 futbolçusu

“Transfermarkt” portalı aralıq yenilənmədən sonra İngiltərə Premyer Liqasında transfer dəyərini ən çox itirmiş futbolçuları açıqlayıb.

Arena.az məlumat verir ki, siyahının zirvəsində “Milan”dan böyük ümidlərlə alınıb qumar qalmaqalına bulaşmış, indi cəzasını çəkən, “Nyukasl”ın italyan dayaq yarımmüdafiəçisi Sandro Tonali yer alıb.

Transfer dəyəri 40 milyon avro məbləğində qiymətləndirilən Tonali bu dəyirini yarıbayarı itirib və hazırda 20 milyon avro mələğində qiymətləndirilir.

İngiltərə Premyer Liqasının ən ucuzlaşmış futbolçularının onluğunu təqdim edirik:

  1. Sandro Tonali (“Nyukasl”, 40 (-20) milyon avro);
  2. Moyses Kaysedo (“Çelsi”, 80 (-10) milyon avro);
  3. Markus Raşford (“Mançester Yunayted”, 60 (-10) milyon avro);
  4. Romeo Lavia (“Çelsi”, 40 (-10) milyon avro);
  5. Migel Almiron (“Nyukasl”, 20 (-10) milyon avro);
  6. Kevin De Bröyne (“Mançester Siti”, 60 (-10) milyon avro);
  7. Kazemiro (“Mançester Yunayted”, 30 (-10) milyon avro);
  8. Rafael Varan (“Mançester Yunayted”, 25 (-10) milyon avro);
  9. Mateo Kovaçiç (“Mançester Siti”, 30 (-8) milyon avro);
  10. Pyer-Emil Höybyerq (“Tottenham”, 20 (-8) milyon avro).
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: