Fransanın PSJ klubu qapıçısı Keylor Navasla müqavilənin müddətini artırıb.
Arena.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
34 yaşlı qapıçı ilə müddəti 2024-cü ilin yayına qədər olan yeni sözləşmə imzalanıb.
2019-cu ildən PSJ-də çıxış edən Navas, bu mövsüm 37 oyunda 28 qol buraxıb. Kosta Rika yığmasının qapıçısı daha öncə “Real”, “Levante”, “Albasete” və “Saprissa” klublarında da forma geyinib.


