“Qarabağ” “Bayer” üzərində 2:0 hesablı qələbəni əldən verdi

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının 1/8 finalında Almaniyanın “Bayer” komandası ilə qarşılaşıb.

Arena.az xəbər verir ki, sözügedən komandalar arasındakı ilk oyun Bakıda baş tutub.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyunu Fransadan olan Benua Bastyen idarə edib.

Azərbaycan və Almaniya təmsilçiləri bu mövsüm Avroliqanın qrup mərhələsində də üz-üzə gəlmişdilər. Həmin oyunlarda Ağdam klubu Leverkuzen təmsilçisinə hər iki oyunda uduzmuşdu – 1:5, 0:1.

Bu dəfə isə “Qarabağ” doğma divarlar arasında güclü rəqibini büdrətməyə çalışıb. Oyuna yaxşı başlayan təmsilçimiz ilk hissədə rəqib qapısından iki qol keçirib. Amma matçın sonlarında almanlar məğlubiyyətdən xilas ola biliblər.

Bu komandalar arasında cavab oyunu martın 14-də Leverkuzendə keçiriləcək.

Avropa Liqası
1/8 finalın ilk oyunu
7 mart

“Qarabağ” – “Bayer” 2:2
Qollar: Yassin Benzya, 26. Olavio Juninyo, 45+2 – Florian Virts, 70. Patrik Şik, 90+2.
Baş hakim: Benua Bastyen (Fransa).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Qarabağ: 99. Andrey Lunyov, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. Juninyo, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Mateus Silva, 5. Maksim Medvedev, 17. Hamidu Keyta, 19. Redon Cica, 24. Aleksey İsayev, 30. Abbas Hüseynov, 81. Kevin Medina, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.

Bayer: 17. Matey Kovar, 4. Conatan Ta, 6. Odilon Kossunu, 8. Robert Andrix, 9. Borxa İqlesias, 12. Edmond Tapsoba, 19. Natan Tella, 20. Alexandro Qrimaldo, 21. Amin Adli, 23. Adam Hlojek, 25. Esekyel Palasios.
Ehtiyat oyunçular: 1. Lukas Hradeçki, 36. Niklas Lomb, 2. Yosip Stanişiç, 3. Pyero İnkapye, 7. Yonas Hofmann, 10. Florian Virts, 13. Patrik Şik, 30. Jeremi Frimponq, 32. Qustavo Puerta, 34. Qranit Caka.
Baş məşqçi: Xabi Alonso.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: