“Qarabağ” “Bodo Qlimt”ə səfərdə qalib gəldi

Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində “Bodo Qlimt”lə qarşılaşıb.

Arena.az xəbər verir ki, Ağdam klubu səfərdə Norveç təmsilçisi ilə səfərdə üz-üzə gəlib.

Bodo şəhərindəki “Aspmira” stadionunda baş tutan oyunu Portuqaliyadan olan hakimlər briqadası idarə edib.

Azərbaycan çempionu Avroliqanın Liqa mərhələsinə uğursuz start vermişdi. Səfərdə “Tottenhem”ə (İngiltərə) 0:3 hesabıyla uduzmuş komandamız evdə də “Malmö”yə (İsveç) 1:2, “Ayaks”a (Niderland) 0:3 hesablarıyla məğlub olmuşdu. Ardıcıl 3 məğlubiyyət nəticəsində komandamız 36 komanda arasında sonuncu pillədə qərarlaşmışdı.

“Bodo Qlimt” isə Belçika “Yunion”u ilə səfərdə “sülh” bağladığı (0:0) halda, Portuqaliya nəhəngləri “Portu”ya evdə (3:2), “Braqa”ya səfərdə (2:1) qalib gəlmişdi. Bir sözlə, məğlubiyyət tanımayan rəqib 7 xalla 9-cu sırada idi.

Amma Ağdam klubu güclü rəqibi ilə səfər matçında möhtəşəm oyun sərgiləyərək ilk qələbəsini rəsmiləşdirməyi bacarıb. Azərbaycan çempionu bununla həm də tarixində 70-ci avrokubok qələbəsini qazanıb. Bu oyuna qədər 69 qələbə qazanmış çempionumuz son beş görüşdə uduzmaqla yubileyi təxirə salırdı.

Avropa Liqası
Liqa mərhələsi, 4-cü tur
7 noyabr

Bodo Qlimt – Qarabağ 1:2
Qollar: Patrik Berq, 41 – Toral Bayramov, 22. Abdullah Zubir, 69.
Hakimlər: Luis Qodinyo, Rui Teyşeyra, Pedro Almeyda, Andre Narkizo (Portuqaliya).
VAR hakimləri: Huqo Migel, Fabio Oliveyra Melo (Portuqaliya).
Hakim-inspektor: Ante Vuçemiloviç (Xorvatiya).
UEFA nümayəndəsi: Tammo Beyshuizen (Niderland).
Bodo. “Aspmira” stadionu.

Bodo Qlimt: 12. Nikita Haykin, 2. 2. Villads Nilsen, 4. Odin Byortuft, 7. Patrik Berq (k), 14. Ulrik Saltnes (21. Andreas Helmersen, 90+1), 15. Fredrik Andre Byorkan, 20. Fredrik Syovold (5. Brise Vembanqomo, 74), 23. Yens Petter Hauqe, 26. Hakom Evyen (19. Sondre Brunstad Fet, 73), 77. Filipp Zinkernagel (99. Nino Zuqel, 90+1), 94. Auqust Mikkelsen (25. İsak Dovbik Maatta, 74).
Ehtiyat oyunçular: 44. Maqnus Brondo, 6. Yosteyn Gundersen, 8. Sondre Auklend, 11. Runar Espeyord, 27. Sondre Sorli, 29. Mixal Tomiç, 30. Adam Sorensen.
Baş məşqçi: Kyetil Knutsen.

Qarabağ: 99. Mateuş Koxalski, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Emmanuel Addai (7. Yassin Benzya, 63), 18. Olavio Juninyo (90. Nəriman Axundzadə, 90+5), 21. Aleksey Kaşuk (15. Leandro Andrade, 63), 27. Toral Bayramov (29. Marko Veşoviç, 90), 30. Abbas Hüseynov (2. Mateus Silva, 63), 55. Bədavi Hüseynov (k), 66. Patrik Andrade, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Sadiq Məmmədzadə, 97. Fabiyan Buntiç, 13. Bəhlul Mustafazadə, 20. Riçard Almeyda, 22. Musa Qurbanlı, 24. Aleksey İsayev.
Baş məşqçi: Qurban Qurbanov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: