“Qarabağ” – “Neftçi” 4:1 – Video

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Qarabağ” – “Neftçi” matçı meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatdı.

“Neftçi”nin meydanında keçirilmiş ilk oyunda da “Qarabağ” 2:1 hesabıyla qalib gəldiyi üçün, Ağdam təmsilçisi Azərbaycan Kubokunun finalına yüksəlib.

Arena.az bu komandaların mərkəzi arenada baş tutmuş cavab matçının yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Kuboku
Yarımfinalın cavab oyunu
24 aprel

“Qarabağ” – “Neftçi” 4:1
Qollar: Olavio Juninyo, 17; 70. Qara Qarayev, 62-öz qapısına. Nəriman Axundzadə, 77 – Reziuan Mirzov, 64.
Sarı vərəqələr: Yassin Benzya, 54 (qeyri-idman hərəkəti) – Alfa Konte, 42 (qeyri-idman hərəkəti). İvan Brkiç, 70 (qeyri-idman hərəkəti). Yuri Matias, 74 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə yoxdur.
Saat 20:00. Tofiq Bəhramov adına Respublika Stadionu. 3000 tamaşaçı.

Baş hakim: Əliyar Ağayev.
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli.
Dördüncü hakim: Rauf Cabarov.
VAR: Kamal Umudlu.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elgiz Abbasov.

Qarabağ: 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov (90. Nəriman Axundzadə, 67), 29. Marko Veşoviç (2. Mateus Silva, 67), 10. Abdullah Zubir (17. Hamidu Keyta, 75), 7. Yassin Benzya 8. Marko Yankoviç (66. Patrik Andrade, 79), 18. Olavio Juninyo, 6. Julio Romao (24. Aleksey İsayev, 67).
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 81. Kevin Medina, 11. Adama Diakabi, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.

Neftçi: 1. İvan Brkiç, 2. Qara Qarayev (3. Höccət Haqverdi, 75), 17. Rəhman Hacıyev (k) (10. Filip Ozobiç, 46), 19. Azər Salahlı, 91. Ağadadaş Salyanski, 22. Reziuan Mirzov (11. Kilan Lebon, 70), 4. Mark Tamaş, 6. Dieqo Valdes, 99. Ervin Koffi, 44. Yuri Matias (7. Azər Əliyev, 88), 20. Alfa Konte (9. Andre Şinyaşiki, 46).
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 95. Rəvan Kazımov, 16. Lukas Melano, 23. Ataa Caber, 88. Brayan Moreno, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Miodraq Bojoviç.