Futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Qarabağ” – “Neftçi” qarşılaşmasının biletləri bu gün satışa çıxarılacaq.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, qarşılaşmanın biletləri bu gün saat 12:00-dan etibarən iticket.az-da satışda olacaq. Biletlər bu gün iticket.az-da onlayn, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.
Biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.
Qeyd edək ki, “Qarabağ” – “Neftçi” matçı sabah – aprelin 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyuna saat 20:00-da start veriləcək.


