Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın, eləcə də “Neftçi” və “Sabah”ın dünya reytinqindəki yerləri müəyyənləşib.
Arena.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bu gün klubların yeni dünya reytinqini açıqlayıb.
402 komandadan ibarət siyahıya Azərbaycanın yenə 3 təmsilçisi düşüb. Ötən ay 70-ci yerdə qərarlaşan “Qarabağ” (131,5 xal) hazırkı reytinqdə 84-cüdür.
“Neftçi” və “Sabah” klubları da geriləyiblər. “Ağ-qaralar” (56,75) 340-cı sıradan 378-ə, “bayquşlar” isə (55,5) 342-ci mövqedən 391-ci pilləyə düşüblər.
Dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (314 xal) başçılıq edir. İspaniya təmsilçisi “Real” 308 xalla ikincidirsə, Misirin “Əl-Əhli” (264) komandası üçüncü yerə yüksəlib.
Sıralamada ilk 20 pillədə qərarlaşmış komandaların siyahısı belədir:
- Mançester Siti (İngiltərə) – 314
- Real (İspaniya) – 308
- İnter (İtaliya) – 264
- Əl-Əhli (Misir) – 255
- PSV (Niderland) – 224,5
- Palmeyras (Braziliya) – 220
- Fluminense (Braziliya) – 219
- Flamenqo (Braziliya) – 212
- Bayer (Almaniya) – 212
- Fortaleza (Braziliya) – 207,5
- Fiorentina (İtaliya) – 205
- Portu (Portuqaliya) – 203
- San Paulo (Braziliya) – 200
- Barselona (İspaniya) – 196
- Roma (İtaliya) – 194,5
- Bayern (Almaniya) – 194
- Sportinq (Lissabon, Portuqaliya) – 190
- Mançester Yunayted (İngiltərə) – 187
- Libertad (Paraqvay) – 184
- İnternasional (Braziliya) – 184
- Estudiantes (Argentina) – 182,5
- Millonarios (Kolumbiya) – 178
- Vest Hem (İngiltərə) – 176,5
- Yuventus (İtaliya) – 176
- Arsenal (İngitərə) – 176
- LDU Kito (Ekvador) – 175,5
- Sevilya (İspaniya) – 175,5
- Botafoqo (Braziliya) – 174
- Atletiko Nasional (Kolumbiya) – 173,5
- Defensa Xustisiya (Kolumbiya) – 173,5


