Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının 2024/2025 mövsümündəki ilk rəqibi müəyyənləşib.
Arena.az xəbər verir ki, bu gün UEFA Çempionlar Liqasında yeni mövsümün 2-ci təsnifat mərhələsinin püşkü atılıb.
Püşkün nəticəsinə əsasən, Ağdam klubu 2-ci təsnifat mərhələsində “Hamrun Spartans” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi ilə qarşılaşacaq.
Bu mərhələnin ilk görüşləri iyulun 23-24-də, cavab matçları 30-31-də keçiriləcək. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda mövsümə səfərdə başlayacaq. Cavab qarşılaşması isə Bakıda baş tutacaq.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 9-10-da, cavab görüşləri isə ayın 16-17-də keçiriləcək.
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsi
Çempionlar yolu
“Lüdororets” (Bolqarıstan)/“Dinamo” (Batumi, Gürcüstan) cütünün qalibi – “Dinamo” (Minsk, Belarus)/“Pünik” (Ermənistan) cütünün qalibi
APOEL (Kipr) – “Ordabası” (Qazaxıstan)/“Petrokub” (Moldova) cütünün qalibi
“Ferensvaroş” (Macarıstan) – TNS (Uels)/“Deçiç” (Monteneqro) cütünün qalibi
PAOK (Yunanıstan) – “Borats” (Bosniya və Herseqovina)/“Eqnatiya” (Albaniya) cütünün qalibi
“Bodo Qlimt” (Norveç) – RFS (Latviya)/“Larne” (Şimali İrlandiya) cütünün qalibi
“Malmö” (İsveç) – “Klaksvik” (Farer adaları)/“Differdanj” (Lüksemburq) cütünün qalibi
“Vikinqur” (İslandiya)/“Şemrok Rovers” (İrlandiya) cütünün qalibi – “Sparta” (Praqa, Çexiya)
“Balkani” (Kosovo)/“Santa Koloma” (Andorra) cütünün qalibi – “Midtyulland” (Danimarka)
“Flora” (Estoniya)/“Çelye” (Sloveniya) cütünün qalibi – “Slovan” (Slovakiya)/“Struqa” (Şimali Makedoniya) cütünün qalibi
“Panevejis” (Litva)/HJK (Finlandiya) cütünün qalibi – “Yagellonya” (Polşa)
“Hamrun Spartans” (Malta)/“Linkoln” (Cəbəllüttariq) cütünün qalibi – “Qarabağ” (Azərbaycan)
“Virtus” (San Marino)/“Styaua” (Rumıniya) cütünün qalibi – “Makkabi” (Təl-Əviv, İsrail)
Liqa yolu
“Luqano” (İsveçrə) – “Fənərbaxça” (Türkiyə)
“Dinamo” (Kiyev, Ukrayna) – “Partizan” (Serbiya)


